Moskva MOİK-inin sabiq yarımmüdafiəçisi Daniel Karvalyo Rusiya və Braziliya millilərinin mümkün yoldaşlıq görüşü barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbol veteranının sözlərini "Sport.24.ru" belə çatdırıb:
"Rusiya yığmasının Braziliya ilə oyununu izləmək istəyərdim. Bu, əla olardı. Oyun baş tutsaydı, Rusiyanın qələbəsini proqnozlaşdırardım, çünki mənim Braziliyam hazırda bərbad vəziyyətdədir. Məncə, Rusiya Braziliyanı məğlub edər. Bizim yığmamız ən pis dönəmlərini yaşayır. İl ərzində üç və ya dörd baş məşqçi dəyişmişik. Görək Karlo Ançelotti ilə necə alınacaq... Ola bilsin ki, o, hər şeyi dəyişə bildi. Hazırda Rusiyanın keyfiyyətli, yaxşı futbolçuları var. Düşünürəm ki, sizin futbolunuz yetərincə rəqabətədavamlıdır. Ona görə də yığmanız Braziliyanı məğlub edəcək gücdədir".
Nihat