"İnter" baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın təklifini geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, 49 yaşlı mütxəssis onunla illik 7 milyon avro maaş qarşılığında müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə bağlamaq istəyən Milan təmsilçisində qalmaq niyyətindədir. Mənbə "Əl-Hilal"ın prezidentinin İnzaqi ilə danışıqlar aparmaq üçün Milana gəldiyini, lakin görüş zamanı mütəxəssisdən "yox" cavabı aldığını vurğulayıb.
Daha öncə “La Gazzetta dello Sport” İnzaqinin iyunun 1-də Səudiyyə Ərəbistanına yollanaraq illik 20 milyon avro məvacib fonunda "Əl-Hilal"la müqavilə bağlayacağını iddia edib.
Qeyd edək ki, sözügedən mütəxəssis 2021-ci ildən "İnter"i çalışdırır.
Nihat