"Kristan Pelas"ın hücumameyilli yarımmüdafiəçisi Ebereçi Eze İngiltərə nəhənginə keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “TBR Football” yayıb.
Məlumata görə, sol cinah vingeri mövqeyində də çıxış edən 25 yaşlı futbolçunun xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın Ezenin müqaviləsindəki sərbəstqalma məbləğini - 80 milyon avronu ödəməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, 2020-ci ildən indiki klubunda oynayan Eze cari mövsüm İngiltərə Kubokunun qalibi olub. O, mayın 17-də "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub etdikləri həlledici qarşılaşmada komandasının yeganə qoluna imza atıb.
Nihat