Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" daha bir ulduz futbolçunu sıralarına cəlb etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Məlumata görə, bu, "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraynsdır. Mənbə ərəblərin braziliyalı oyunçunun transferi üçün "sağsağanlar"a 120 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. Sözügedən futbolçu ilə digər Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal"ın da maraqlandığı diqqətə çatdırılıb.
Cari mövsüm bütün turnirlərdə 46 matça çıxan Gimarayns 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat