"Tottenhem"in gənc futbolçusu Mayki Mur UEFA Avropa Liqasında rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, məlumatı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası yayıb.
O, bu turniri (əvvəlki UEFA Kuboku daxil) qazanan ən gənc oyunçu ünvanına sahib çıxıb. İngiltərəli vinger bunu 17 yaş 283 günündə bacarıb.
Qeyd edək ki, "Tottenhem" AL-in finalında "Mançester Yunayted"i 1:0 hesabı ilə yenib.