Bu yay "Liverpul"u tərk edəcəyi gözlənilən uruqvaylı hücumçu Darvin Nunyesin karyerasını harada davam etdirmək istədiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo"nun jurnalisti Xavi Qomara yayıb.
Məlumata görə, 25 yaşlı futbolçu "Atletiko Madrid"ə keçməyi arzulayır. Mənbə Nunyesin Dieqo Simeonenin rəhbərliyi altında əvvəlki formasını bərpa edəcəyinə inandığını vurğulayıb.
Daha öncə argentinalı forvard Anxel Korreanın Madrid təmsilçisini tərk edəcəyi, İspaniya klubunun onun yerinə başqa ön xətt oyunçusu transfer etməyə hazırlaşdığı bəlli olub.
Cari mövsüm "Liverpul" forması ilə bütün turnirlərdə 46 matça çıxan Nunyes 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Liverpul"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat