UEFA Avropa Liqasının dünən baş tutan finalında "Tottenhem"ə məğlub olan (0:1) "Mançester Yunayted"in 20 yaşlı cinah hücumçusu Alexandro Qarnaço Bilbaodakı görüşün ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Metro" belə çatdırıb:
"Hamımız üçün mürəkkəb vəziyyətdir. Pis mövsüm keçirdik. Finalda uduzduq, İPL-də isə heç kimi məğlub edə bilmirik. Qələbə üçün çox şey çatmadı. Qol vurmursansa, daha artığını etməyə çalışmalısan... Finala qədər bütün mərhələlərdə oynamışam, komandaya kömək etməyə çalışmışam. Bu qarşılaşmada 20 dəqiqə meydanda oldum... Bilmirəm... Gələcəkdə nəyin necə olacağını deyə bilmərəm... Yayda dincəlməyə çalışacam. Sonrasını zaman göstərəcək".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 58 matça çıxan Qarnaço 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat