“Real Madrid”in sabiq hücumçusu Julio Baptista İspaniya nəhənginə qayıdır.
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, 43 yaşlı veteran "Kral klubu"nun gənclərdən ibarət komandasının baş məşqçisi postunda Alvaro Arbeloanı əvəzləyəcək.
Arbeloa isə “Real”ın ikinci komandasının baş məşqçi postundan ayrılacağı açıqlanan Raul Qonsalesin yerini tutacaq.
Baptista daha öncə “Valyadolid”in müxtəlif yaş qruplarından ibarət komandalarını və əvəzedicilərini çalışdırıb.
Qeyd edək ki, Baptista 2005-2008-ci illər aralığında “Real”da çıxış edib. O, Madrid təmsilçisinin heyətində La Liqanın və İspaniya Superkubokunun qalibi olub.