"İnter Mayami"nin superulduzu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə (67) "Barselona"da komanda yoldaşı olmuş Ronaldinyonu (66) geridə qoyub.
Fanat.Az “DSports”a istinadən xəbər verir ki, 37 yaşlı argentinalı buna MLS-də “Filadelfiya”ya qarşı keçirdikləri matçda nail olub.
Leo 3:3 hesabı ilə yekunlaşan görüşün 87-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənib.
Qeyd edək ki, Messi hazırda cərimə zərbələrindən vurulan qolların sayına görə Juninyo Pernambukano (77) və Peledən (70) geri qalır. Devid Bekhem (65) beşinci, Kriştianu Ronaldu (64) isə altıncıdır.