"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haqın yeni klubu ilə müqaviləsinin müddəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, niderlandlı mütəxəssis sabah "Bayer Leverkuzen"lə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan saziş imzalayacaq.
Ten Haq MY-dən ötən ilin oktyabrında ayrılıb.
"Bayer"in ispaniyalı çalışdırıcısı Xabi Alonso "Real Madrid"i tərk edən Karlo Ançelottinin yerini tutacaq.
Nihat