"Mançester Siti"dən ayrılacağı dəqiqləşən Kevin De Bröynenin yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, belçikalı ulduz "Napoli" ilə razılığa gəlib. Mənbə tərəflərin gələn həftə 3 illik müqavilə bağlayacaqlarını, 33 yaşlı futbolçunun hər mövsüm üçün 9 milyon avro qazanacağını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm MS forması ilə bütün turnirlərdə 38 matça çıxan De Bröyne 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat