"Mançester Yunayted" rəsmi saytı vasitəsi ilə 3 futbolçusu ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar yarımmüdafiəçi Kristian Eriksen və müdafiəçilər - Viktor Lindelöf ilə Conni Evansdır.
Klub ənənəvi qaydada sözügedən oyunçulara təşəkkür edərək uğurlar arzulayıb.
Qeyd edək, hər üç futbolçu bu gün İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində "Aston Villa"ya qarşı mübarizə aparmaq imkanı qazanıblar. Lindelöf əvvəldən sonadək meydanda olubsa, Evansla Eriksen 66-cı dəqiqədə oyuna qoşulublar. Kristian 2:0 hesabı ilə qalib gəldikləri görüşdə "qırmızı şeytanlar"ın ikinci qolunu vurub.
Nihat