2024/2025 mövsümündə "Qızıl buts" mükafatının qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, "Sportinq"in hücumçusu Viktor Dyökereş 39 qol vursa da, Portuqaliya çempionatının əmsalı aşağı olduğu üçün (1,5) La Liqada 31 dəfə rəqib qapılarına yol tapan Kilian Mbappeyə çata bilməyib.
Milli çempionatların 5 ən yaxşı bombardiri aşağıdakılardır:
1. Kilian Mbappe ("Real Madrid"), 2 əmsalla 31 qol - 62 xal
2. Viktor Dyökereş ("Sportinq"), 1,5 əmsalla 39 qol - 58,8 xal
3. Məhəmməd Salah ("Liverpul"), 2 əmsalla 29 qol - 58 xal
4. Robert Levandovski ("Barselona"), 2 əmsalla 27 qol - 54 xal
5. Harri Keyn ("Bayern Münhen"), 2 əmsalla 26 qol - 52 xal
Mbappe 2024/2025 mövsümündə bu mükafata sahib çıxan Tyerri Anridən sonra "Qızıl buts" qazanan ilk fransalı olub.
Nihat