"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haqın yeni iş yeri rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, ötən ilin oktyabrında MY-dən istefaya göndərilən niderlandlı mütəxəssis "Bayer Leverkuzen"in "sükanı arxası"na keçib.
55 yaşlı çalışdırıcı bu postda "Real Madrid"də Karlo Ançelottinin yerini tutan Xabi Alonsonu əvəzləyib. Ten Haq müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Xatırladaq ki, ten Haq 2022-2024-cü illər aralığında Mançester təmsilçisini çalışdırıb.
Nihat