ÇL-in ən yaxşı assistenti bilindi - Dembele 2-ci oldu

ÇL-in ən yaxşı assistenti bilindi - Dembele 2-ci oldu

UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün ən yaxşı assistləri bəlli olub.

Fanat.Az xəbər verir ki, "Barselona"nın vingeri Rafinya 9 məhsuldar ötürmə ilə hamını qabaqlayıb.

PSJ-nin cinah hücumçusu Usman Dembele isə 6 qolun vurulmasına yardımçı olub.

Yozua Kimmix ("Bayern Münhen"), Davide Dzappakosta ("Atalanta"), Yulian Brandt (Dortmund "Borussiya"sı), Jeremi Frimponq ("Bayer Leverkuzen"), İqor Payşao ("Feyenoord"), Əşrəf Hakimi (PSJ), Seru Girassi (Dortmund "Borussiya"sı), Şarl De Ketelare isə hərə 5 assistlə yadda qalıblar.

Xatırladaq ki, turnirin final matçı dünən keçirilib. PSJ həlledici qarşılaşmada "İnter"i 5:0 hesabı ilə yenib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər