Ronaldu 937-ci qolunu vurdu

Ronaldu 937-ci qolunu vurdu

UEFA Millətlər Liqasının bu gün baş tutan yarımfinal oyununda Almaniya millisini 2:1 hesabı ilə məğlub edərək (2:1) finala yüksələn Portuqaliya millisinin 40 yaşlı superulduzu Kriştianu Ronaldu matçın 68-ci dəqiqəsində komandasının qələbə qoluna imza atıb.

Fanat.Az xəbər verir ki, bu, "Əl-Nəsr"in forvardının karyerasında 937-ci qol olub.

Ronaldu karyerası ərzində klubların forması ilə 800, millinin sıralarında isə 137 dəfə rəqib qapılarına yol tapıb. O, milli komandalarda qol sayına görə rekordçudur.

Kriştianu geridə qalan mövsümdə "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 41 matça çıxaraq 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq. "Transfermarkt" portalı Ronaldunun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər