Braziliya millisinin sabiq futbolçusu, 40 yaşlı Vaqner Lavın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, təcrübəli forvard ölkəsinin C Seriyasında çıxış edən “Retro” ilə bir illik müqavilə bağlayıb.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki, futbolçu karyerası ərzində Braziliyada “Palmeyras”, “Flamenqo”, “Korintians”, Türkiyədə “Beşiktaş”, “Alanyaspor”, Fransada “Monako”, Rusiyada ÇSKA kimi klubların da uğurları üçün çalışıb.
Nihat