Almaniya Bundesliqası təmsilçisi "Ştutqart" Fransanın "Renn" klubundan Lorents Assinyonu transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Müdafiəçi ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Assinyon geridə qalan mövsümdə “Renn”in heyətində 34 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.