"Tottenhem" rəsmi saytı vasitəsi ilə baş məşqçisi Angelos Postekoğlunu istefaya göndərdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu mövsüm UEFA Avropa Liqasının qalibi olan yunan əsilli avstraliyalı mütəxəssisin daxili birincilikdəki bərbad nəticələr səbəbindən postundan uzaqlaşdırıldığı vurğulanıb.
Klub qərar verilərkən emosiaların bir kənara qoyulduğunu, AL-dəki qələbəyə rəğmən, Postekoğlunun ümumi fəaliyyətinin rəhbərliyi qane etmədiyini vurğulayıb.
"Tottenhem" geridə qalan mövsümdə İngiltərə Premyer Liqasındakı mübarizəni 38 xalla 17-ci pillədə başa vurub.
Nihat