Bilbao "Atletik"inin və İspaniya millisinin 22 yaşlı vingeri Niko Uilyams gələcəyi ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, istedadlı futbolçu İspaniyadan getmək niyyətində deyil.
Belə ki, "Atletik"in tələb etdiyi məbləği ödəməyə hazır olan "Çelsi" və "Arsenal" onu almaq istəsələr də, Uilyams karyerasını yalnız "Barselona"da davam etdirməyə razıdır. "Blauqrana" bu transferi reallaşdırmaq üçün səy göstərməsə, cinah hücumçusu klubu ilə müqavilə yeniləyəcək.
Qeyd edək ki, geridə qalan mövsümdə Bilbao təmsilçisinin forması ilə bütün turnirlərdə 45 matça çıxan Niko 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat