İtaliyanın "İnter" klubu rəsmi saytı vasitəsi ilə yeni transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Milan təmsilçisi "Olimpik Marsel"dən braziliyalı yarımmüdafiəçi Luis Enrikeni sıralarına cəlb edib.
23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Enrike 2024/2025 mövsümündə "Olimpik Marsel" forması ilə bütün turnirlərdə 35 matça çıxaraq 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.