"Mançester Siti"dən Kevin De Bröyne karyerasını İstanbul nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Х" hesabı üzərindən tanınmış jurnalist Canluka Di Martsio yayıb.
Məlumata görə, "Fənərbağça" "Napoli"yə qoşulmağa yaxın olan belçikalı ulduza daha yüksək maddi şərtlər təklif edib. Mənbə De Bröynenin hazırda türklərlə danışıq apardığını vurğulayıb.
Xatırladaq ki, 33 yaşlı Kevin geridə qalan mövsümdə "şəhərlilər"in forması ilə bütün turnurlərdə 40 matça çıxaraq 6 qol və 8 assistlə yadda qalıb.
Nihat