İngiltərənin "Mançester Siti" klubu futbolçusu Cek Qriliş ilə vidalaşmaq niyyətindədir.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" 28 yaşlı vingerin satışından 40 milyon avro qazanmaq istəyirlər.
Mançester təmsilçisinin əsas heyətində möhkəmlənə bilməyən Qrilişlə "Aston Villa", "Nyukasl", "Everton", "Vest Hem", "Atletiko Madrid" və "Napoli" kimi klublar maraqlanır.
Qeyd edək ki, MS sözügedən oyunçunu 2021-ci ildə 117 milyon avro qarşılığında "Aston Villa"dan alıb. Bu, klub tarixində rekord məbləğdir.