Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçisi Bernardu Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Mənbə portuqaliyalı futbolçunun "Əl-Hilal"dan təklif aldığını açıqlayıb. Məlumata görə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola bu yay heyəti yeniləmək niyyətindədir və Silvanın iş yerini dəyişməsinin əleyhinə deyil.
Qeyd edək ki, sözügedən oyunçu 2017-ci ilin yayından Mançester təmsilçisinin uğurları üçün çalışır. Geridə qalan mövsümdə bütün turnirlərdə 49 matça çıxan Bernardu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 38 milyon avro ilə dəyərləndirir.
Nihat