Məşhur niderlandlı məşqçi Lui van Qal “Mançester Yunayted”i futbol yox, kommersiya klubu saydığını deyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini “Sky Sports” belə çatdırıb.
“Mançester Yunayted" hələ də futbol yox, kommersiya klubudur. Mən bunu əvvəl də demişəm. Məşqçi komandaya hansı oyunçuların gələcəyinə qərar vermirsə, həmişə çətinlik yaranır. Oyunçuları məşqç seçirsə, komanda nəticə vermirsə, siz onu işdən çıxara bilərsiniz. Amma futbolçuları başqa insanlar alırsa, sizin probleminiz yaranır: sizə məşqçinin bilik və anlayışı lazımdır, çünki bu oyunçuları məşq etdirəcək insan odur. Məsələn, Arne Slot “Liverpul”dakı texniki menecerə hansı oyunçunu almalı olduğunu deyən şəxsdir – buna diqqət yetirin”.
Xatırladaq ki, MY-ni hazırda poruqaliyalı mütəxəssis Ruben Amorim çalışdırır. "Qırmızı şeytanlar" son mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci pillədə başa vurublar. Komanda UEFA Avropa Liqasının finalınadək irəliləsə də, həlledici qarşılaşmada “Tottenhem”ə uduzub.