İtaliya millisinin baş məşqçisi Luçano Spalletti istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya Futbol Federasiyasının mətbuat xidməti yayıb.
66 yaşlı mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Norveçə məğlubiyyətə (0:3) görə istefaya göndərilib.
Xatırladaq ki, Spalletti 2023-cü ilin yayından İtaliya millisini çalışdırırdı.