"Çelsi" fransalı mərkəz müdafiəçisi Mamadu Sarrı heyətinə qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" 19 yaşlı futbolçu ilə 8 illik müqavilə imzalayıblar.
Son olaraq ölkəsinin "Strasburq" klubunda çıxış edən Sarr ötən mövsüm 28 oyunda meydanda olub. O, ölkəsinin U-20 millisinin üzvüdür.