Türkiyənin Super Liqa təmsilçilərindən olan “Kayserispor”un rəhbərliyi komandanı yeni baş məşqçiyə həvalə edib.
Fanat.Az xəbər verir ki, Sergey Yakiroviçlə əməkdaşlığa son qoyan Kayseri klubu Markus Gisdolla müqavilə bağlayıb.
Alman mütəxəssis 2 illik müqaviləyə imza atıb.
Gisdol daha öncə Türkiyədə 2023/2024 mövsümündə “Samsunspor”u çalışdırıb.