"Betis" rəsmi saytı vasitəsi ilə geridə qalan mövsümdə icarə əsasında formasını geyinmiş müdafiəçi Natan Bernardonun transfer hüquqlarına yiyələndiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi "Napoli"dən aldığı 24 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb.
Bernardo 2024/2025 mövsümündə "Betis" forması ilə bütün turnirlərdə 52 matça çıxaraq 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat