Baş məşqçi Mixal Probej baş məşqçi postunda olduğu müddətdə Polşa millisində oynamayacağını bəyan edən Robert Levandovski bu barədə danışıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçunun sözlərini "Przeglad Sportowy" belə çatdırıb:
"Dünən millinin bir neçə oyunçusu ilə danışmışam. Xəbəri eşidəndən dərhal sonra zəng vurmşdular. Millidəki komanda yoldaşlarım şokdaydılar. Fikrimi dəyişib-dəyişməyəcəyimi soruşurdular. Məyus olduqlarını hiss etdim. Onların bu addımı xoşuma gəldi.
Oturub sakit başla fikirləşmək istəyirəm. Bir az fasilə vacibdir. Yalnız bundan sonra gələcəkdə nə olacağı ilə bağlı daha çox danışmaq olar. İndi yalnız əsəb və ağrı hiss edirəm. Mənim üçün yığma komanda həmişə vacib olub. Bu yöndə heç nə dəyişməyib".
Nihat