"Kristal Pelas"ın və İngiltərə millisinin futbolçusu Mark Qehi karyerasını daha iddialı Premyer Liqa təmsilçisində davam etdirməyə yaxındır.
Fanat.Az “Gunner Blog”a istinadən xəbər verir ki, onun xidmətində maraqlı olduğu öncədən bəlli olan "Arsenal" sözügedən oyunçunu sıralarına cəlb etmək üçün hərəkətə keçib.
"Qartallar" müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq 24 yaşlı arxa xətt oyunçusunu təxminən 60 milyon avroya satmağa hazırdırlar.
Qeyd edək ki, Qehi 2021-ci ildən "Kristal Pelas"da çıxış edir. Həmin vaxtdan bəri klubunun forması ilə 132 matça çıxan Mark 6 qolla yadda qalıb.