Dortmund "Borussiya"sı yeni transferini elan edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "arılar" "Sanderlend"in yarımmüdafiəçisi Cob Bellingemlə müqavilə bağlayıblar.
19 yaşlı Cob müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Sözügedən futbolçu geridə qalan mövsümdə Çempionşip təmsilçisinin forması ilə 43 matça çıxaraq 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası Premyer Liqada oynamaq hüququ qazanıb.
Xatırladaq ki, Cob "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingemin kiçik qardaşıdır. Cud "Real"a məhz Dortmund "Borussiya"sından transfer olunmuşdu.
Nihat