Dünən keçirilən yoldaşlıq görüşündə Seneqala 1:3 hesabı ilə uduzan İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:
"Hə, şübhəsiz, bu, üzücü nəticədir. Amma onu da deyim ki, daha artığına layiq deyildik. Özümüzü bir qədər donuq hiss edirdik və uzun zaman kəsiyində hərəkətlilik nümayiş etdirə bilmədik. İlk yarıda müdafiədə pis oynamadıq. 1:2 hesabı ilə geridə olanda isə ən yaxşı oyunumuzu göstərdik. Hərçənd asan qollar buraxdıq. Müdafiəni gücləndirməliyik. Hesabı bərabərləşdirmək üçün əla imkanlarımız var idi".
Xatırladaq ki, bu, Tuxelin İngiltərə millisinin baş məşqçi postunda ilk məğlubiyyətidir.
Nihat