Dünən keçirilən yoldaşlıq görüşündə Seneqala 1:3 hesabı ilə uduzan İngiltərə millisi tarixində ilk dəfə Afrika təmsilçisinə uduzub.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bu qarşılaşmayadək "qara qitə" yığmaları 21 dəfə üz-üzə gələn britaniyalılar 15 qələbə 6 heç-heçə ilə yadda qalmışdılar.
Növbəti antirekord isə sözügedən seçmənin 3 qol buraxmasıdır. Daha öncə ingilislər Afrika yığmaları ilə matçlarda 2 qoldan artığına üzülməmişdilər.
Xatırladaq ki, tərəflər Nottingemdəki "Siti Qraund" stadionunda qarşılaşıblar. Hesabə Harri Keyn açsa da, Seneqal İsmaila Sarr, Habib Diarra və Çeyx Sabalinin qolları ilə inamlı qələbəyə sevinib.
Nihat