DÇ-2026-nın seçmə mərhələsində səfərdə Andorranı yenən, dünən keçirilən yoldaşlıq görüşündə isə Seneqala 1:3 hesabı ilə uduzan İngiltərə millisinin hücumçusu Harri Keyn komandasının iyun toplanışına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Bayern Münhen"in forvardı şəxsi "X" hesabında belə bir paylaşım edib:
"Mənim üçün öz ölkəmi təmsil etmək həmişə böyük şərəfdir. Seçmə mərhələdə Andorra üzərində vacib səfər qələbəsi qazandıq. Amma bilirik ki, daha yaxşı olmalıyıq. Hər toplanış olduqca önəmlidir. Dəstəyə görə təşəkkürlər".
İngiltərə yığması seçmə mərhələdə növbəti matçını da Andorraya qarşı keçirəcək. Britaniya təmsilçisi "cırtdanlar"la sentyabrın 6-da öz meydanında üz-üzə gələcək.
Xatırladaq ki, Keyn həm Andorranın, həm də Seneqalın qapısına vurulan qolların müəllifidir.
Nihat