DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Kolumbiya millisi ilə heç-heçə edən Argentina seçməsinin baş məşqçisi Lionel Skaloni komandanın superulduzu Lionel Messini 78-ci dəqiqədə oyundan almasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "TyC Sports" belə çatdırıb:
"O, meydandan çıxmaq istəmirdi. Amma sonradan gördü ki, dəyişklik etmək istəyirik, mənə əvəzlənməsinin daha yaxşı olacağını dedi. Özü deməsəydi, əvəzləməyəcəkdim".
Xatırladaq ki, hesabı Kolumbiya açsa da, 71-ci dəqiqədən azlıqda oynayan (Entso Fernandes qovulub) qonaqlar 81-ci dəqiqədə tarazlığı bərpa ediblər. "Tanqoçular"ın heyətində Tyaqo Almada fərqlənib.
Nihat