"Jirona"nın futbolçusu Migel Qutyerres karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, onu son çempion "Napoli" sıralarına cəlb etmək üzrədir.
Neapol təmsilçisinin 23 yaşlı müdafiəçi üçün qarşı tərəfə 30 milyon avro ödəyəcəyi gözlənilir. Qutyerresin transfer hüquqlarının 50 faizi İspaniya nəhəngi "Real Madrid"ə məxsusdur.
Qeyd edək ki, Qutyerres ötən mövsüm "Jirona"da 36 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.