"Real Madrid" 20 yaşlı hücumçusu Alvaro Rodrigeslə bağlı qərarını verib.
Fanat.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, gənc forvard baş məşqçi Xabi Alonsonun planlarına daxil deyil.
Onun adı qarşıdan gələn klublararası dünya çempionatının heyətinə də salınmayacaq.
Qeyd edək ki, 2022/2023 mövsümündə yetirməsi olduğu "Kral klubu"nda debütünü reallaşdıran Rodriges geridə qalan "futbol ili"ndə icarə əsasında "Xetafe"nin uğurları üçün çalışıb və bu komandada 26 matça çıxıb.