FİFA prezidenti Canni İnfantino klublararası dünya çempionatının açılış matçında - Misirin "Əl-Əhli" klubu ilə yerli "İnter Mayami" arasında keçiriləcək oyunda anşlaq gözlənildiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:
"Hə, "Hard Rok Stedium"da anşlaq və əla atmosfer gözlənilir. Bu, tarixi hadisə olacaq. Dünya səviyyəli, tam fərqli iki komanda qarşılaşacaq. Stadion dolacaq".
Xatırladaq ki, klublararası DÇ 14 iyun - 13 iyul aralığında keçiriləcək. Açılış oyunu iyunun 15-də Bakı vaxtı ilə 04:00-da start götürəcək. Turnirdə 8 qrupda 32 komanda mübarizə aparacaq. Qruplarda ilk iki yeri turanlar 1/8 finala yüksələcəklər.
Nihat