"Mançester Siti"dən ayrılan Kevin De Bröyne artıq İtaliyadadır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, tibbi müayinədən keçəcək 33 yaşlı belçikalı "Napoli" ilə müqavilə bağlayacaq. Mənbə təcrübəli yarımmüdafiəçinin hər mövsüm üçün 5 milyon avro əməkhaqqı fonunda 2 illik müqaviləyə imza atacağını vurğulayıb.
Qeyd edək ki, De Bröyne geridə qalan mövsümdə MS forması ilə 40 matça çıxaraq 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat