Mixal Probej Polşa millisinin baş məşqçi postunu tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı Polşa Futbol Assosiasiyasının rəsmi saytı yayıb.
Sözügedən mütəxəssis millidən öz istəyi ilə ayrıldığını, bu addımı komandanın mənafeyi naminə atdığını bildirib.
Daha əvvəl komandanın lideri Robert Levandovski baş məşqçi dəyişdirilənədək millidə oynamamaq qərarını açıqlayıb.
Mütəxəssis 2023-cü ilin sentyabrından Polşa yığmanı çalışdırırdı.