"Milan" London "Arsenal"ının iki futbolçusunu heyətinə qata bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Məlumata görə, "rossonerlər"in nümayəndəsi dünən Londonda "topçular"ın rəhbərliyi ilə görüşərək iki müdafiəçinin - ukraynalı Aleksandr Zinçenko və polşalı Yakub Kivyorun mümkün transferini müzakirə edib.
Geridə qalan mövsümdə 28 yaşlı Zinçenko "Arsenal" forması ilə 23 matça çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
25 yaşlı Kivyor 2024/2025 "futbol ili"ndə London təmsilçisində 30 qarşılaşmada forma geyinib. O, 1 qol və 2 assistlə diqqət çəkib.
Nihat