"Vulherhempton"un braziliyalı hücumçusu Mateus Kunyanın "Mançester Yunayted"ə transferi tamamlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "qırmızı şeytanlar"ın mətbuat xidməti yayıb.
26 yaşlı futbolçu 5+1 illik müqaviləyə imza atıb.
Daha öncə sözügedən klub cənubi amerikalı forvardla razılığa gəldiklərini, bu transfer üçün "canavarlar"a bir neçə il ərzində 74 milyon avro ödəyəcəklərini bəyan etmişdi.
Geridə qalan mövsümdə "canavarlar"ın forması ilə bütün turnirlərdə 36 matça çıxan Kunya 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat