"Hoffenhaym" isveçrəli yarımmüdafiəçi Leon Avdullahunu transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı Almaniya klubunun mətbuat xidməti yayıb.
Bu transfer “mavi-ağlar”a 8 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Avdullahu ölkəsində yetirməsi olduğu “Bazel”də oynayıb.