Niderland millisinin və Moskva "Spartak"ının sabiq futbolçusu Kvinsi Promes həbs edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.
33 yaşlı vingerin vəkili həbs xəbərini təsdiqləyib. O, ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılıb.
Oyunçu əmisi oğluna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilinib. Promesi hər iki cinayətinə görə ümumilikdə 7 il 5 ay həbs cəzası gözləyir.
Artıq Nuderland prokurorluğu Kvinsinin ekstradisiyası prisesinə start verdiklərini açıqlayıb.
Qeyd edək ki, Kvinsi Promes 2018-2019 mövsümündə "Sevilya"da (İspaniya) çıxış edib. 2019-2021-ci illər aralığında "Ayaks"ın (Niderland) formasını geyinən futbolçu daha sonra ardıcıl 3 il "Spartak"ın (Moskva, Rusiya) şərəfini qoruyub. Promes son olaraq "Dubay Yunayted"in uğurları üçün çalışıb.