UEFA İrlandiyanın "Droeda Yunayted" klubunu 2025/2026 mövsümündə Konfrans Liqasında iştirakdan məhrum edib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
"Droeda Yunayted" Danimarkanın “Silkeborq” komandası ilə eyni yarışda mübarizə aparmağa hazırlaşsa da, qitə futbol qurumunun qadağası ilə üzləşib. Belə ki, hər iki klub eyni şirkət tərəfindən maliyyələşdiyi üçün qurum İrlandiya komandasının Konfrans Liqasında iştirakını uyğun saymayıb.
"Droeda Yunayted" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.