İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi Cennaro Qattuzonun yığmanın baş məşqçi postuna mümkün təyinatına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" belə çatdırıb:
"Niyə də yox? 2006-cı ildə dünya çempionu olmağımızdan çox vaxt keçib... Oyunçular olaraq, özümüzdən sonra gözəl xatirə qoyub getmişik. Bizlərdən biri məşqçilik edəndə də öz dəyərini nümayiş etdirir. Mənimlə DÇ-ni qazanmış oğlanı milliyə baş məşqçi təyin etsəydilər, sevinərdim. Biz gəncik, biz entuziazmla doluyuq".
Nihat