"Leyptsiq"in və Sloveniya millisinin hücumçusu Benyamin Şeşko Almaniya nəhənginə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.
Xəbərə görə, adı "Arsenal"la yanaşı çəkilən 22 yaşlı futbolçunun xidmətində "Bayern Münhen" maraqlıdır. Mənbə bu keçidin Münhen klubuna 88 milyon avroya başa gələ biləcəyini vurğulayıb.
Şeşko son mövsümdə "Leyptsiq"in forması ilə bütün turnirlərdə 45 matça çıxaraq 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat