"Bornmut"un ukraynalı müdafiəçisi İlya Zabarnının PSJ-yə keçidi reallaşmaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Paris klubunun rəhbərliyi 22 yaşlı futbolçu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Mənbə klubların danışıqları davam etdirdiklərini və transferin məbləği ilə bağlı ortaq məxrəcə gəlməyə çalışdıqlarını vurğulayıb.
Qeyd edək ki, son mövsümdə İngiltərə Premyer Liqasında 36 matça çıxan Zabarnı 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə Kubokunda da 3 görüşdə meydanda olub.
Nihat