ABŞ-də keçirilən klublararası dünya çempionatının 1-ci turunda "Oklend Siti"ni (Yeni Zelandiya) 10:0 hesabı ilə məğlub edən "Bayern Münhen"in mərkəz müdafiəçisi Conatan Ta fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, bu yay Almaniya nəhənginə transfer olunan futbolçunun sözlərini "Bayern & Germany" belə çatdırıb:
"Bu, yaxşı başlanğıc idi. Belə starta ümid edirdik. Bəzi epizodlarda daha yaxşı davrana bilərdik, amma ümumilikdə razıyıq. Meydanda olmaq məni şənləndirdi. "Oklend Siti"yə hörmətlə yanaşsaq da, qarşıdakı matçların daha çətin alınacağı dəqiqdir. Növbəti oyunlara hazırıq".
Xatırladaq ki, C qrupunda yer alan "Bayern" iyunun 21-də "Boka Xuniors"la üz-üzə gələcək.
Nihat